Məhsulların, personalın və idarəetmə sistemlərinin məcburi sertifikatlaşdırılmasını həyata keçirən qurumun qərarlarından apellyasiya şikayətlərinin verilməsi qaydaları:1. Şikayət/apellyasiya poçt, faks vasitəsilə və ya “AZCERT” MMC Məhsulun Sertifikatlaşdırılması Orqanının elektron ünvanına göndərilir.Sertifikatlaşdırma orqanının rəhbəri daxil olmuş şikayət/apellyasiyanın sertifikatlaşdırma orqanının fəaliyyəti ilə bağlı olub-olmamasını nəzərdən keçirir.
Şikayət/apellyasiyaya baxılarkən obyektivlik, qərəzsizlik və məxfilik prinsipləri təmin edilir və gözlənilir, diskriminasiya xarakterli hərəkətlərə yol verilmir.
Keyfiyyət üzrə menecer daxil olan şikayət/apellyasiyanı daxil olan yazışmaların qeydiyyat jurnalında, həmçinin şikayət və apellyasiyaların qeydiyyat jurnalında qeydiyyata alır və daxil olduğu gündən etibarən növbəti iş günündən gec olmayaraq ərizəçini onun alınması və sertifikatlaşdırma orqanında qeydiyyata alınması barədə istənilən münasib üsulla (şifahi, rəsmi məktubla, elektron poçt vasitəsilə) məlumatlandırır.
2. Şikayətin baxılması qaydası və baxılma müddətiŞikayətlərə baxılması və onların baxılması üzrə qərar barədə məlumat verilməsi üçün ümumi müddət onların daxil olduğu gündən etibarən on iş günündən çox olmamalıdır.
Şikayət/apellyasiya daxil olduqda sertifikatlaşdırma orqanının rəhbəri bu barədə məlumatı Cəmiyyətin baş direktorunun diqqətinə çatdırır.
Baş direktor sertifikatlaşdırma orqanının rəhbəri ilə razılaşdırmaqla əmrlə Şikayətlər və Apellyasiyalar üzrə Komissiya (bundan sonra – Komissiya) yaradır. Komissiyanın tərkibi hər bir konkret hal üzrə formalaşdırılır və yalnız şikayət/apellyasiya daxil olduqda çağırılır.
Komissiyanın iştirakçıları Komissiyanın tərkibinə daxil olmaq haqqında Razılaşmanı imzalayırlar. Komissiya üzvlərinin Komissiyanın işinə cəlb edilməsi ödənişsiz və könüllü əsasda həyata keçirilir.
Komissiyanın tərkibinə aşağıdakılar daxil ola bilər:
- sertifikatlaşdırma orqanının rəhbəri,
- sertifikatlaşdırma orqanı rəhbərinin müavini;
- komissiyanın baxdığı məsələ üzrə aparılmış işlərdə iştirak etməmiş sertifikatlaşdırma orqanının nümayəndələri;
- ictimaiyyətin, istehsalçıların və sertifikatlaşdırma orqanlarının nümayəndələri.
Komissiyanın tərkibinə baxılan məsələ üzrə işlərin aparılmasında iştirak etmiş ekspertlər, həmçinin maraqlı tərəflərin nümayəndələri cəlb edilə bilər, lakin onlar yekun qərarın qəbulunda səsvermə hüququna malik deyillər.
Komissiya üzvləri uyğunluğun təsdiqi məsələləri üzrə səlahiyyətli və səlahiyyətli və peşəkar olmalıdırlar.
Komissiyanın bütün iştirakçıları Komissiyanın tərkibinə daxil olmaq haqqında imzalanmış Razılaşmaya uyğun olaraq sertifikatlaşdırma orqanının fəaliyyəti ilə bağlı məlumatların məxfiliyinə riayət etmək öhdəliyini üzərlərinə götürürlər.
3. Şikayət üzrə qərarın rəsmiləşdirilməsi qaydası və müddətləriKomissiya iclas keçirir, iclas zamanı şikayəti nəzərdən keçirir, yaranmış vəziyyəti araşdırır və qərarı açıq səsvermə yolu ilə (sadə səs çoxluğu ilə) qəbul edir.
Komissiyanın iclasının nəticələrinə əsasən Şikayətlər və Apellyasiyalar üzrə Komissiyanın iclas protokolu tərtib olunur və burada şikayət üzrə qəbul edilmiş qərar göstərilir. Qərar aşağıdakıları ehtiva edə bilər:
- şikayətin həlli üçün müddət və tədbirlər;
- qərarın əsaslandırılmasını təsdiq edən sənədlərin siyahısı (zərurət olduqda);
- imtinanın səbəbləri və imtinanı əsaslandıran müvafiq qanunvericilik aktlarına, normativ sənədlərə və sübutlara istinad (zərurət olduqda).
Qəbul edilmiş qərar barədə ərizəçi və digər maraqlı tərəflər yazılı şəkildə məlumatlandırılır.
4. Şikayətə baxılmasının nəticələrinə görə cavabın göndərilməsi qaydası və müddətləriQəbul edilmiş qərar barədə bildiriş çıxış məktubu formasında ərizəçinin və digər maraqlı tərəflərin ünvanına göndərilir. Bildirişin bir nüsxəsi sertifikatlaşdırma orqanında saxlanılır.
Əgər qərarın göndərildiyi gündən etibarən on təqvim günü ərzində ərizəçidən etiraz daxil olmazsa, həmin qərar qəbul edilmiş hesab olunur.
Əgər ərizəçi şikayətə baxılmasının nəticələrinə əsasən qəbul edilmiş qərardan narazıdırsa, o, müəyyən edilmiş qaydada Azərbaycan Akkreditasiya Mərkəzinə apellyasiya verə və ya məhkəməyə müraciət edə bilər. Yuxarı instansiyaların qərarları sertifikatlaşdırma orqanı üçün icrası məcburidir, lakin Azərbaycan Respublikasında qüvvədə olan qaydada mübahisələndirilə bilər.
Əvvəllər verilmiş şikayət üzrə qərardan apellyasiya verildiyi halda, baxılma qaydası yuxarıda göstərilən qaydaya oxşar şəkildə həyata keçirilir, lakin Komissiyanın tərkibi istisna olmaqla. Bu halda baxılan məsələ üzrə işlərin aparılmasında iştirak etmiş ekspertlər Komissiyanın tərkibinə daxil edilmir. Zərurət olduqda, o cümlədən digər təşkilatlardan kənar ekspertlərin cəlb edilməsinə yol verilir.