∙ Aşağı gərginlikli avadanlıqların uyğunluğunun təsdiq forması ∙
Bu texniki reqlament nominal gərginliyi 1000 V-a (daxil olmaqla) qədər dəyişən cərəyan və 1500 V-a (daxil olmaqla) qədər sabit cərəyan üçün nəzərdə tutulmuş qurğu və avadanlıqların təhlükəsizlik tələblərini tənzimləyir.
“Azcert” Məhsul Sertifikatlaşdırma Orqanı aşağı gərginlikli avadanlıqların uyğunluğunun təsdiqi üzrə geniş spektrli xidmətlər göstərir:- məişət texnikası və cihazları (soyuducular, tozsoranlar, elektrik sobaları, paltaryuyan maşınlar və s.);
- noutbuklar, kompüterlər, printerlər, MFP-lər və s.;
- elektrikləşdirilmiş əl alətləri;
- elektrik texniki avadanlıqlar: paylayıcı qurğular, açarlar, kabellər və s.
“Aşağı gərginlikli qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” Milli texniki reqlament istifadə olunmuş avadanlıqlara, xüsusi təyinatlı obyektlərdə (nüvə və müdafiə sahələrində), hava, yerüstü, yeraltı və su nəqliyyatında istifadə üçün nəzərdə tutulmuş avadanlıqlara, tibbi avadanlıqlara, eləcə də otlaq sahələrinin hasarlanması üçün nəzərdə tutulmuş avadanlıqlara şamil edilmir.
“Aşağı gərginlikli qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” Texniki reqlamentin 1 nömrəli Əlavəsində göstərilən
aşağı gərginlikli avadanlıqlar aşağıdakı sxemlərdən biri üzrə sertifikatlaşdırma formasında uyğunluğun təsdiqindən keçir:- 1c – seriyalı istehsal olunan məhsullar üçün. Müraciət edən istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs ola bilər. Bu sxem sertifikatlaşdırma sınaqlarının keçirilməsini və istehsal vəziyyətinin təhlilini nəzərdə tutur.
- 3c – məhsul partiyası üçün. Sertifikatlaşdırma üzrə müraciəti idxalçı, istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs təqdim edə bilər. Bu sxem sertifikatlaşdırma sınaqlarının keçirilməsini nəzərdə tutur.
- 4c – tək məmulat üçün. Müraciət edən idxalçı, istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs ola bilər. Akkreditə olunmuş laboratoriyada sınaqların keçirilməsi tələb olunur.
1 nömrəli Əlavəyə daxil edilməyən
aşağı gərginlikli avadanlıqlar isə aşağıdakı sxemlərdən biri üzrə deklarasiya formasında uyğunluğun təsdiqindən keçir:- 1d, 3d və 6d – seriyalı məhsullar üçün. Sertifikatlaşdırma sınaqlarının keçirilməsi və istehsalın qiymətləndirilməsi tələb olunur. Məhsulun 6d sxemi üzrə uyğunluğunun qiymətləndirilməsi zamanı menecment sistemi sertifikatlaşdırılmış olmalıdır.
- 2d və 4d – məhsul partiyası üçün. Sertifikatlaşdırma sınaqlarının keçirilməsi tələb olunur.
∙ Aşağı gərginlikli avadanlıqların sertifikatlaşdırılması mərhələləri ∙
Aşağı gərginlikli avadanlıqların sertifikatlaşdırılması proseduru aşağıdakı mərhələləri əhatə edir:
akkreditə olunmuş məhsul sertifikatlaşdırma orqanına müraciətin təqdim edilməsi;
sertifikatlaşdırılacaq məhsula dair texniki sənədlərin toplanması və təhlili;
istehsal vəziyyətinin təhlili və ya menecment sisteminin sertifikatlaşdırılması (zərurət olduqda);
nümunələrin seçilməsi və akkreditə olunmuş laboratoriyada sınaqların keçirilməsi;
məhsul texniki reqlamentin tələblərinə uyğun olduğu halda icazəverici sənədlərin verilməsi;
sertifikatın reyestrdə qeydiyyata alınması;
məhsulun uyğunluq nişanı ilə markalanması üzrə məsləhət xidmətinin göstərilməsi.
Aşağı gərginlikli avadanlıqların deklarasiya proseduru aşağıdakı mərhələləri əhatə edir:
məhsulun təhlükəsizliyini təsdiq edən sübutların ərizəçi tərəfindən müstəqil şəkildə toplanması və təhlili (texniki sənədlər, material və komplektləşdirici hissələr üzrə verilmiş sertifikatlar və s.);
nümunələrin seçilməsi və akkreditə olunmuş sınaq laboratoriyasında sınaqların keçirilməsi;
sınaq protokolunun təhlili və deklarasiyanın verilməsi barədə ərizəçi tərəfindən qərarın qəbul edilməsi;
məlumatların xüsusi reyestrə daxil edilməsi;
deklarasiyanın rəsmiləşdirilməsi.