∙ Maşın və avadanlıqların uyğunluğunun təsdiq edilməsi formaları ∙
“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” Milli texniki reqlament təhlükə növləri aşkar edilmiş və müəyyən edilmiş maşın və avadanlıqlar üzrə təhlükəsizlik tələblərini müəyyən edir və tənzimləyir.
“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” Milli texniki reqlamentin şamil edildiyi maşın və avadanlıqlar uyğunluğun təsdiqi prosedurundan sertifikatlaşdırma və deklarasiya formasında keçirlər.
Texniki reqlamentin 3-cü Əlavəsində aşağıda göstərilən sxemlərdən biri üzrə sertifikatlaşdırılmalı olan maşın və avadanlıqların siyahısı müəyyən edilmişdir:
- 1s, seriyalı istehsal olunan məhsullar. Müraciət edən istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs ola bilər. Akkreditə olunmuş sertifikatlaşdırma orqanı istehsalın vəziyyətinin təhlilini aparır, məhsul nümunələri akkreditə olunmuş laboratoriyada sınaqdan keçirilməlidir.
- 3s məhsul partiyası. Sertifikatlaşdırma üçün müraciəti idxalçı, istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs təqdim edə bilər. Bu sxem sertifikatlaşdırma sınaqlarının aparılmasını nəzərdə tutur.
- 9s Azərbaycan Respublikasının ərazisində müəssisələrin təchiz edilməsi üçün tədarük olunan məhdud partiyalı maşın və avadanlıqlar.
Müraciət edən qismində idxalçı, istehsalçı və ya onun səlahiyyət verdiyi şəxs çıxış edə bilər. Akkreditə olunmuş sertifikatlaşdırma orqanı texniki sənədləri təhlil edir və bunun əsasında uyğunluq sertifikatının verilməsi barədə qərar qəbul edir.
Texniki reqlamentin 3-cü Əlavəsində, həmçinin, aşağıdakı sxemlər üzrə deklarasiya edilməli olan maşın və avadanlıqların siyahısı müəyyən edilmişdir:
“AZCERT” Məhsulun Sertifikatlaşdırılması Orqanı avadanlıq və maşınların sertifikatlaşdırılması üzrə xidmətlər göstərir:
- mexanikləşdirilmiş və elektrikləşdirilmiş əl alətləri;
- istehsal müəssisələri üçün texnoloji avadanlıqlar;
- qaldırıcı-nəqliyyat avadanlıqları;
- istilik qazanları;
- sənaye təyinatlı kondisionerlər və ventilyatorlar və s.
Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” Milli texniki reqlament aşağıdakılara şamil edilmir: tibbi avadanlıqlara, atom sənayesində və rabitə sahəsində istifadə olunan avadanlıqlara; təkərli, su və dəmir yolu nəqliyyat vasitələrinə, uçuş aparatlarına; silah və hərbi texnikaya;kənd təsərrüfatı traktorlarına və s.
- 1b, 3b və 6b – seriyalı istehsal olunan məhsullar. Sertifikatlaşdırma sınaqlarının aparılması və istehsalın qiymətləndirilməsi tələb olunur. 6d sxemi üzrə uyğunluğun qiymətləndirilməsi zamanı menecment sistemi sertifikatlaşdırılmış olmalıdır.
- 2b və 4b – məhsul partiyası. Sertifikatlaşdırma sınaqlarının aparılması tələb olunur.
∙ Maşın və avadanlıqların sertifikatlaşdırılması və deklarasiya mərhələləri ∙
Maşın və avadanlıqların sertifikatlaşdırılması proseduru aşağıdakı mərhələləri əhatə edir:
- akkreditə olunmuş məhsulun sertifikatlaşdırılması orqanına müraciətin təqdim edilməsi;
- sertifikatlaşdırılan məhsula dair texniki sənədlərin toplanması və təhlili;
- istehsalın vəziyyətinin təhlili və ya (zərurət olduqda) menecment sisteminin sertifikatlaşdırılması;
- nümunələrin seçilməsi və akkreditə olunmuş laboratoriyada sınaqların aparılması;
- məhsulun texniki reqlamentin tələblərinə uyğun olduğu halda icazəverici sənədin verilməsi;
- sertifikatın müvafiq reyestrdə qeydiyyata alınması;
- məhsulun uyğunluq nişanı ilə markalanması üzrə məsləhətlərin verilməsi.
Maşın və avadanlıqların deklarasiya proseduru aşağıdakı mərhələləri əhatə edir:
- müraciət edən tərəfindən məhsulun təhlükəsizliyini təsdiq edən sübutların (texniki sənədlər, material və komplektləşdirici hissələrə verilmiş sertifikatlar və s.) müstəqil şəkildə toplanması və təhlili;
- nümunələrin seçilməsi və akkreditə olunmuş sınaq laboratoriyasında sınaqların aparılması;
- sınaq protokollarının təhlili və müraciət edən tərəfindən deklarasiyanın verilməsi barədə qərarın qəbul edilməsi;
- məlumatların xüsusi reyestrə daxil edilməsi;
- deklarasiyanın rəsmiləşdirilməsi.